Payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd məntəqələrində payız-qış mövsümü dövründə qazanxanalarda, odun və qaz sobalarından istifadə olunacaq yerlərdə texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və xoşagəlməz halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə sərhəd məntəqələrinin qazanxanalarında işləyəcək 24 nəfər qazanxana ocaqçısına, odun və qaz sobalarını işlədəcək 30 nəfər sobaçıya təlimatlar verilib. Tədbir həm nəzəri həm də praktiki olaraq təşkil olunub, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, qaz təsərrüfatından istifadə qaydaları haqqında slayd və videoçarx təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Qarnizonunda olan hərbi hissələrdə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: