Naxçıvanda sabah dördüncü “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, sentyabrın 28-i və 29-da Naxçıvanda  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək. 

Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim ediləcək. Tədbirə qatılacaq  yerli sakinlər və qonaqlar üçün əl işlərinin sərgi-satışı da nəzərdə tutulub. 

Festivalda “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, çeşid müxtəlifliyi və keyfiyyət göstəricisinə I, II və III yerlərin qalibləri seçiləcək.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: