Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” texniki yardım layihəsi çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə sentyabrın 15-dən 21-dək Almaniya Federativ Respublikasında keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Səfərəli Səfərli iştirak edib.
Təlim proqramı Şlezviq-Holşteyn vilayətinin Lübek, Kiel, Rendsburq və Ratzeburq şəhərlərində keçirilib. Təlim müddətində müxtəlif dövlət qurumlarına və şirkətlərə səfərlər təşkil olunub, təqdimatlar keçirilib və təcrübə mübadilələri aparılıb.
İxracın dəstəklənməsi ilə bağlı səfər edilən şirkətlərə Naxçıvan Muxtar Respublikası və regionda istehsal olunan perspektivli məhsullar barədə məlumat broşurları paylanılıb, gələcək əməkdaşlıqlar barəsində danışıqlar aparılıb.