Mikro sahibkarlıq subyekti olan fərdi sahibkara Vergi Məcəlləsində gəlir vergisi üzrə hər hansı güzəşt nəzərdə tutulurmu?

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır.

Qeyd edək ki, mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkarlardır. Mikro sahibkarlıq subyekti müəyyənləşdirilən zaman "işçilərin orta siyahı sayı" və "illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: