Naxçıvan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş olunur

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək "Sirab" ASC-nin nümayəndəsi sentyabrın 24-dən 27-dək Rusiyanın paytaxtında keçirilən Moskva Beynəlxalq Qida Sərgisində (“Worldfood Moscow”) iştirak edir.  Sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur.

Ümumilikdə isə “Worldfood Moscow 2019” sərgisində 65 ölkədən müxtəlif şirkətlərin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir “Worldfood Moscow” sərgisində tərəfdaş ölkə kimi çıxış edir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: