NUHÇIXAN xəbər verir ki, əhalinin rahat hərəkətinin təmin olunması məqsədilə Heydərabad-Naxçıvan-Heydərabad istiqamətində hərəkət edən yeni maşrut xətti faliyyətə başlayıb.
Marşrutu həyata keçirən “Mercedes sprinter” markalı avtobus 20 sərnişin yerlikdir. 92 kilometr olan Heydərabad-Naxçıvan-Heydərabad marşrutundan istifadə edən sakinlər 1 manat 90 qəpik ödəyəcəklər. Marşrut Heydərabad qəsəbəsindən Naxçıvan şəhərinə saat 07:30-da, Naxçıvandan Heydərabad qəsəbəsinə isə saat 14:30-da hərəkət edəcək. Yeni fəaliyyətə başlayan marşrut xətti sakinlər tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, əvvələr Sədərək-Naxçıvan-Sədərək marşrutundan istifadə edən qəsəbə sakinləri mənzil başına çatmaq üçün vaxt itkisi ilə üzləşirdirlər. Yeni istifadəyə verilən marşrut xətti isə qəsəbə sakinlərinin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq.
Röyal Kərimov