NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3945 manat olub. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində isə ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 742 milyon 932 min 800 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Bundan başqa həmin dövrdə 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur.