Ordubad rayonunda seminar keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirlik və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda seminar keçirilib.

Seminarda bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, bələdiyyə mülkiyyətinin tənzimlənməsində aidiyyatı qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunulub.

Tədbirdə çıxış edən mütəxəssislər bildiriblər ki,  Bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə edilməlidir.  Qeyri-qanuni istifadə edilən özbaşına tutulmuş torpaq sahələri torpaq və mülki qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bir sıra məsələlərin geniş şəkildə müzakirə olunduğu tədbirin sonunda verilən suallar ətraflı cavablandırılıb. Seminar iştirakçılarına “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: