Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhər Gömrük İdarəsinin işçiləri və cavabdeh vəzifəli şəxslərin iştirakı ilə də maarifləndirici tədbir keçirilib.
Tədbirdə gömrük obyektlərində, qazanxanalarında texniki və yanğın təhlükəsizliyi tələblərinə əməl edilməsi, ocaqçıların peşə kurslarına cəlb olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin istismarı, iş prinsipi haqqında iştirakçılara məlumat verilib. Həmçinin qış mövsümü ərzində yaşayış məntəqələrində məişət qaz cihazlarından, sobalarından və suqızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından baş vermiş zəhərlənmə hallarının səbəbləri haqqında ətraflı məlumat verilib.
İştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları haqqında slayd və videoçarx təqdim olunub.