Ahıllara tibbi xidmət göstərilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə Şahbuz rayonundakı Ahıllar Evi sakinlərinə baş çəkilib. Onlara həkimlər tərəfindən tibbi xidmət göstərilib, ehtiyac olanlara müalicə təyin edilib. Bununla yanaşı, Naxçıvan şəhərində və Babək rayonunda yaşayan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətə cəlb edilən tənha ahıllara da evlərində baş çəkilib, onlar həkimlər tərəfindən tibbi müayinədən keçiriliblər.
Ahıllar onlara göstərilən qayğıya görə dövlətimizə öz münnətdarlıqlarını bildiriblər.
Novruz Məmmədov