Muxtar respublika gəncləri aksiya keçirib - FOTOLAR
“Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında Kəngərli, Şərur və Sədərək rayonlarında təbiətin qorunması ilə bağlı maarifləndirici tədbir və güləkmə aksiyası keçirilib. Aksiya 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon gəncləri Xok kəndinin ərazisində, Sədərək rayon gəncləri Heydərəbad qəsəbəsindəki Heydər parkında yaşıllıq sahələrini təmizləyib, ağacların diblərini yumşaldıb. Ərazilərdə suvarma işləri həyata keçirib və gül kolları əkiblər. Şərur rayon gəncləri isə Heydər parkında güllərin diblərini otlardan təmizləyib , yaşıllıqlara qulluq göstəriblər.
Cavid Səfərli