Müəllim və tələbələr Cəmşid Naxçıvanski muzeyində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər institutunun professor-müəllim heyəti və tələbə kollektivi Cəmşid Naxçıvanski muzeyi ilə tanış olublar.
Bildirilib ki, hərb tariximizdə özünəməxsus yeri və döyüş ənənəsi olan Naxçıvanskilər nəslinin görkəmli nümayəndəsi, general Cəmşid Naxçıvanski Muzeyi 1982-ci ildən fəaliyyətə başlayıb. Muzeydə 6 ekspozisiya zalı, fond və iş otaqları yerləşir. Muzeyin ekspozisiyasında 5400-dən çox eksponat var. Tamaşaçılar üçün eksponatların 500-ə yaxını nümayiş etdirilir. Həmin eksponatlar içərisində Cəmşid Naxçıvanskiyə həsr olunmuş məqalələr, kitablar və sərkərdəyə aid məişət və döyüş əşyaları nümayiş etdirilir.