Bəxtiyar Əsgərov bir sıra rəsmi tədbirlərdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Manuel A. C. Montenegro L.da Cruz və xanımının dəvətilə bu ölkənin müstəqilliyinin 197-ci ildönümü münasibətilə Bakıda keçirilmiş rəsmi qəbulda və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dr.Hamad Abdulla Xudairin dəvətilə bu ölkənin milli bayramı münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edib.
Həmçinin daimi nümayəndəliyin rəhbəri və Naxçıvan Muxtar Respublikası Xarici İşlər İdarəsinin rəisi Vüsal Ələkbərli Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri xanım Guo Minin dəvətilə ,bu ölkənin qurulmasının 70-ci ildönümü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrik məktubu xanım səfirə təqdim edilib. Göstərilən yüksək diqqət üçün Ali Məclisin Sədrinə minnətdarlığını ifadə edən xanım səfir Naxçıvanla əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.