Muxtar respublikada əməkhaqları artımla ödənilir

A- A A+

Bu il ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı, pensiyalar və dövlət strukturlarında çalışan işçilərin vəzifə maaşları artırılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ölkə Prezidentinin və Ali Məclis Sədrinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası Maliyyə Nazirliyi tərəfindən diqqətdə saxlanılıb, əməkhaqlarının artımla ödənilməsi üçün vaxtında operativ tədbirlər görülüb. Belə ki, muxtar respublika üzrə tarifləşmələr yenilənib, müəssisə və təşkilatların ştat cədvəllərinin layihələri hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Hazırda bu sahədə bütün zəruri işlər başa çatdırılıb, muxtar respublikada əməkhaqlarının sentyabr ayından başlayaraq artımlarla ödənilməsinə nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: