Naxçıvanda ailə təsərrüfatları məhsullarının etiketləşdirilməsi pulsuz həyata keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət  Dövlət Agentliyi tərəfindən təsərrüfat sahiblərinə  istehsal etdikləri məhsullara aid etiket və yarlıqlar pulsuz verilir. Etiketlər bütün növ məhsullar, yarlıqlar isə daha çox kompot və mürəbbə məhsulları üçün nəzərdə tutulub. Yarlıqların arxa üzündə həmin məhsulun tərkibi, vitamin zənginliyi və insan orqanizminə faydaları haqqında məlumat var. Bu, alıcıların məhsulun faydaları haqqında məlumatlandırılmasına xidmət edir.  Təkcə may ayında ailə təsərrüfatı sahiblərinə 700-ə yaxın etiket və yarlıqlar verilib.

Ailə təsərrüfatları məhsullarının qablaşdırılması da diqqət mərkəzindədir.  Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatlarının tara mağazası təsərrüfat sahiblərinə öz məhsullarını qablaşdırmaq üçün əlverişli imkan yaradıb. Burada tort, ədviyyat, qatıq qabları, yumurta üçün qutu və bir sıra taralar təklif edilir. Mağaza Zəroş Həmzəyeva küçəsində, Heydər Əliyev adına Uşaq Gənclər və Yaradıcılıq Mərkəzinin binası ilə üzbəüz yerləşir.        

                                                                 Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: