Gənclər arasında növbəti foto-müsabiqə - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində gənclər arasında “Naxçıvanın turizm imkanları” mövzusunda foto-müsabiqə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd yaradıcı, bacarıqlı və istedadlı gənclərin üzə çıxarılması, onlar tərəfindən qədim Naxçıvanın mədəniyyətini, tarixi abidələrini, turizm imkanlarını, təbiət mənzərələrini və gözəlliklərini, müasir inkişafını, adət-ənənələrini, həmçinin insanların məişətini təbliğ və tərənnüm etməkdən ibarətdir.

Müsabiqədə 80 müəllifin 118 əsəri arasında qiymətləndirmə aparılıb. Fərqlənənən gənclərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim olunub. Qiymətləndirməyə əsasən Nahid Həsənli birinci, Pünhan Məmmədli və Turqay Vəliyev ikinci, Teymur Hacızadə və Aytac Əliyeva isə üçüncü yerlərin sahibi olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: