323 nəfərə sosial sığorta şəhadətnaməsi verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, rayonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilib. Babək rayon İcra Hakimiyyətinin  İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hacı Hacıyev tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov qeyd edib ki, bu istiqamətdə  bütün işlər mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Rayonda yeni əmək fəaliyyətinə başlayan 323 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 99 sığortaolunan dövlət müəssisə və təşkilatlarında çalışanlar, 115 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar, 6 sığortaolunan torpaq mülkiyyətçisi, 103  nəfər isə  fiziki şəxslər olub.

Babək Rayon Vergilər Şöbəsinin əməkdaşı Məcnun Hacıyev qeyd edib ki, ölkəmizdə minimum əməkhaqqının artırılması əhali gəlirlərinin artmasına səbəb olmaqla yanaşı, əmək pensiyası hüquqlarının yaranmasına imkan verən məcburi dövlət sosial sığorta haqlarının həcminə də müəyyən təsir göstərib. Məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.

Tədbirdə Fondun Babək rayon şöbəsi tərəfindən “Gəmiqaya kərpic kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: