110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə görüş keçirildi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz şəhərində yerləşən Ahıllar Evində ahıllarla görüş keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada ahıllara göstərilən dövlət qayğısından danışıblar. Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu konsert proqramı ilə çıxış edib. Sonda ahıllara hədiyyələr təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində muxtar respublikanın uzunömürlü sakini, Şahbuz rayonunun 110 yaşlı sakini Ceyran Qafarova ilə görüş keçirilib.
Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak ediblər.
Şahbuz rayon sakini Ceyran Qafarova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda muxtar respublikanın uzunömürlü sakininə hədiyyələr təqdim olunub.
Novruz Məmmədov