Şahbuz rayonunda səyyari kollegiya iclası keçirildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Şahbuz Rayon Mərkəzi Xəstəxansında səyyari kollegiya iclası keçirib.

Tədbirdə 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq   və qarşıda duran vəzifələr müzakirə edilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində sentyabrın 7-də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir səhiyyə infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, xəstəxanalarda elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaq.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aparatının rəhbəri Vüqar Babayev, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlvin Rzayev çıxış edərək  səhiyyə müəssisələrində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat veriblər.

Kollegiya iclasında  digər məsələlər də müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Şahbuz rayonunda əhaliyə göstərilən tibbi xidmətin, Naxçıvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva isə tibbi xidmətin vəziyyəti haqqında çıxış ediblər.

Kollegiya ilcasında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

Səhiyyə naziri Niyazi Novruzov qazanılmış uğurlarda əməyi olanlara minnətdarlığını bildirib, səhiyyə müəssisələrinin  rəhbərlərinə konkret  tapşırıqlar verib.

Səyyari kollegiyaların digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: