Bağlarımızın bərəkətli meyvəsi – Cəviz

A- A A+

Qızmar yay günlərində bizi kölgəsinə qonaq edən cəviz ağacı qızıl payızın gəlişiylə də barına,bərəkətinə qonaq edir.  Yurdumun insanının  başı minbir əziyyətlə ərsəyə gətirdiyi  ağacların barını toplamağa qarışıb. Dağ kəndlərinin payız bağları barlı-bəhərli olur və indi isə bağlarımızın ən dadlı meyvəsi olan cəvizin yığım vaxtıdır.Qış süfrələrinin bəzəyi olan çəyirdəkli quru meyvələr orqanizmə qüvvə verir, sağlam və gümrah yaşamağımızı təmin edir.Həmişə bol məhsulu sayılan cəviz çox illik ağacdır. Möhkəm gövdəyə malik olan cəviz ağaclarının budaqları hündür, diametri 1-1,5 metr olur. Elə cəviz ağacları var ki, hündürlüyü 12-15 metrə çatır. Nisbətən çoxillik cəviz ağacından 100-120 kq məhsul götürmək olur. Dağ kəndlərində yetişən cəvizlərisər dadı,istərsə də yağlılığı  ilə xüsusən  fərqlənir.

Milli mətbəximizdə dəcəvizdən geniş istifadə olunur.Qış mətbəximizdə cəviz küftəsinin xüsusi yeri var. Bayram süfrələrinin bəzəyi sayılan paxlava və şəkərburanı yəqin ki cəvizsiz təsəvvür etmək mümkün deyil. Cəvizdən mürəbbələr hazırlanan zamanda istifadə olunur. Belə ki,armud, gilas, badımcan ,qızılgül, həmərsin bişiriləndə onların içərisinə cəviz də əlavə olunur.

Cəvizin insan sağlamlığına faydalarını isə saymaqla bitməz.Kalorisi çox olan cəviz aclığın qarşısını alır. Hər gün bir-iki cəviz ləpəsi yemək orqanizmi gümrah saxlayır.Zehni inkişaf etdirib,yaddaşımızı gücləndirəncəvizdən həm də türkəçarədə geniş istifadə olunur.Cəvizin yarpaqlarını dəmləyib içməyin soyuqdəyməni  aradan qaldırır, zob xəstəliyinin müalicəsində tədbiq olunur. Cəvizin yaşıl qabığından  qadınlar saç rəngləməsi üçün istifadə edirlər.

Məişətimizdə də cəviz ağacından  geniş istifadə olunur. Cəviz ağacından düzəldilmiş mebellər həmişə öz keyfiyyəti və davamlılığı ilə seçilir.

Culfa rayonun elə bir kəndi olmaz ki,orda cəviz ağacları yetişdirilməsin.Xüsusilə də Ləkətağ, Boyəhməd, Teyvaz, Gal, Şurud, Milax kəndlərində, Gədik meşələrində cəviz bağları çoxdur.Kəndlərdə cəviz sakinlərin şəxsi bağlarında yetişdirməklə yanaşı,yol kənarlarına da əkilir ki,buda bu yerlərə yolu düşənlərin rahatlıqla istifadəsi üçündür.Belə cəvizlərə isə “ehsan cəvizi” deyirlər.Yüz ildən çox yaşı olan bu ağaclar yolun bu yerlərdən salanları həm barına həm kölgəsinə qonaq edir.İllər əvvəl Ərəfsə kəndində  Vəli kişinin əkdiyi “ehsan cəvizin” barı bu gün də yoldan  ötənlərtoplayırlar. 

Cəviz hər evin illik ruzi-bərəkəti sayılır. Ta qədimdən cəviz ailənin ehtiyatı sayılır. Digər meyvələri uzun müddət saxlamaq olmur, ancaq qurudulmuş cəvizi bir neçə il saxlamaq mümkündür.

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: