Yaşayış binasında dəmir-beton işləri tamamlanıb

A- A A+

Ordubad şəhərinin mərkəzində zirzəmisi ilə birlikdə 8 mərtəbəli yaşayış binası inşa olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən ucaldılan bina 28 mənzildən ibarət olacaq.

Bu ilin yazından tikintisinə başlanılan bu obyektdə dəmir-beton işləri, fasad divarlarının hörülməsi və çardağın vurulması başa çatdırılıb. Hazırda binanın daxili divarları və arakəsmələri hörülür.

Yaşayış binası istifadəyə verildikdən sonra tikilinin alt qatında xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərəcək.

Obyektin ətrafında isə abadlıq işləri aparılmaqla işıqlandırma və suvarma sistemləri qurulacaq, gülkarlıqlar salınacaq.

“El həyatı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: