Payız-qış mövsümünə hazırlıqla əlaqədar dağ kəndləri ilə əlaqə saxlamaq, kənd əhalisinin şəhərə gediş-gəlişini təmin etmək məqsədilə yollarda cari təmir işləri aparılıb. Rayondaxili yollar daim saz vəziyyətdə saxlanılır və gündəlik nəzarət olunur.
Aza-Biləv-Parağa, Ordubad şəhərdaxili, Ordubad-Nüsnüs, Ordubad-Gənzə, Dəstə-Dırnıs avtomobil yollarında asfalt-betondan çala təmiri işləri aparılıb, Darkənd yoluna qum-çınqıl qarışığı verilib.
Aza-Biləv yolunun 15-ci kilometrliyində iri həcmli su ötürücü boru inşa edilib, Biləv kəndində körpü təmir edilib.
Pəzməri kəndinin girəcəyində iri diametrli boru quraşdırılıb, Anaqut kəndində tikilən məscidə yol çəkilib.
Culfa-Ordubad magistral yolunun yenidən qurulması davam etdirilir. Hazırda işlər Ordubad rayonu ərazisində aparılır.
Vənənd kəndində kənd daxili yollar yenidən qurulur, yol yatağı genişləndirilir, su ötürücü keçidlər inşa olunur. Payız-qış mövsümünə hazırlıq məqsədilə rayon ərazisində 2 yerdə 350 kubmetr şor qum tədarükü ediləcək. Maşın və mexanizmlərə lazım olan ehtiyat hissələrınin alınması üçün də sifarişlər hazırlanıb.
“El həyatı” qəzeti