Tələbələrlə görüş

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları ilə Naxçıvan Dövlət Universitetinin I kurs tələbələrinin görüşü olub.  Görüşdə universitetə yeni qəbul olunan tələbələrə fond haqda məlumat verilib, gənclər təşkilatlarının rəhbərləri ilə söhbətdə  onların problemləri müzakirə edilib, gələcək planlarla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.  

Vurğulanıb ki, könüllülük fəaliyyəti respublikada ilk dəfə Gənclər Fondu tərəfindən reallaşdırılıb. Nəticədə artıq sosial, ekologiya, səyyari dövlət xidməti, nəqliyyat, turizm könüllülərinin sayı çoxalıb. Fonda təqdim edilən layihələrin gənc nəslin ictimai fəallığında rolu artıb, innovativ ideyaların yaradıcı təşəbbüslərin formalaşmasında göstərilən  xidmətlərin sahəsi genişlənib.

Gənclər Mərkəzində fəaliyyət göstərən xarici dil kurslarının müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dillərin tədrisi linqafon kabinələrdə həyata keçirilır. Kursun sonunda yazı və şifahi nitq vərdişləri, bütün proqramı əhatə edən elektron olmaqla iki mərhələdən ibarət imtahan təşkil edilir. Keçirilən imtahanlarda müvəffəqiyyət qazanan gənclərə sertifikatlar verilir.  

                                                                                       

                                                                     Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: