Muxtar respublikada 235 ahıla bayram sovqatları təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü  münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Canməmməd Canməmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayevə muxtar respublikamızda uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində  dövlətimizin göstərdiyi diqqət və qayğıdan danışıblar.  Bildirilib ki, onlara müxtəlif sosial xidmətlər göstərilir, zəruri sosial problemləri yerində həll olunur.

Beynəlxalq Ahıllar Günü  münasibətilə Naxçıvan şəhəri ilə yanaşı,  muxtar respublikanın rayonlarında da sosial xidmətlər göstərilən tənha ahıllarla görüşlər keçirilib, ümumilikdə  235 ahıla bayram sovqatları təqdim edilib.

Həmçinin ahıllara evlərində də baş çəkilib, onlara bayram sovqatları verilib.

                                                                             Nurlan Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: