Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Rusiya-Azərbaycan gənclərinin VII forumunda iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, sentyabrın 22-25-də Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya-Azərbaycan gənclərinin VII forumu keçirilib. Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda “Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-formal təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” üzrə sessiyalar təşkil edilib.

Forumda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli iştirak  edib. Tədbirdə Tahir Məmmədli  hazırlanan slayd vasitəsi ilə Naxçıvan Muxtar Respublikasında son dövrlər görülən işlər, muxtar respublikanın turizm məkanları, həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılmış şərait, onlara göstərilən dövlət qayğısı  haqqında geniş məlumat verib.  Çıxış və təqdimat forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sessiyalarda iştirak edən gənclər tərəfindən Rusiya-Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişafı üçün birgə təkliflər səsləndirilib,  beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb, eyni zamanda, forumun yekunu olaraq bəyannamə qəbul olunub. Həmçinin forum iştirakçıları ümummilli lider Heydər Əliyevin Sankt-Peterburq şəhərindəki Milli Təhlükəsizlik  Orqanları məktəbinin binasından asılmış xatirə barelyefi, “Müharibə uşaqları”, böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini, eyni zamanda II Dünya müharibəsində həlak olan döyüşçülərin dəfn edildikləri Piskaryov memorial qəbiristanlığını ziyarət ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: