Lider televiziyasında efirə gedən “Səs” analitik proqramının növbəti sayı Naxçıvana həsr edilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, ölkənin tanınmış Lider televiziyasında efirə gedən “Səs” analitik proqramının növbəti sayı Naxçıvana həsr olunub. Jurnalist, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin təqdim etdiyi veriliş Naxçıvan Muxtar respublikasının muxtariyyət qazanmasının 95 illiyinə həsr olunub. Müəllif Naxçıvanın qazandığı bu nailiyyəti ölkə tarixində müstəsna əhəmiyyətli bir hadisə kimi dəyərləndirir. Naxçıvanda yerli camaatın 1918-24-ci illərdə muxtariyyət qazanması üçün apardığı şanlı mübarizə, həmin dövrün ictimai-siyasi xadimlərinin fəaliyyəti, həmin dövrdə Naxçıvanın gələcək taleyində xüsusi rol oynayan Qars müqaviləsi və ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə yenidən bu məsələni gündəmə gətirməsi ilə bağlı geniş məlumat izləyicilərə çatdırlır. Verilişdə Naxçıvanın tarixini, son illər sürətlə inkişaf edən iqtisadi mənzərəsini özündə əks etdirən videomateriallar, süjetlər verilib. Müsahibə verən akademik İsa Həbibbəyli muxtar respublikada son illər görülən işlərdən danışıb.