Pedaqoji təcrübənin başlanğıc konfransı keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda 2019-2020-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

İnstitutun prorektoru Azad Novruzov pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığında əhəmiyyətindən danışıb. Tələbələrin  pedaqoji ustalıqlara yiyələnmələri baxımından zəruriliyini vurğulayan prorektor, eyni zamanda elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov tələbələrə yaradılan müasir imkanlardan hərtərəfli şəkildə istifadə etməyi, məktəblərdə əsl pedaqoq kimi formalaşan müəllimlərin iş təcrübəsindən layiqincə faydalanmağı tövsiyə edib.

Qeyd edək ki,  İnstitutun ümumilikdə 53 tələbəsi 4 ümumtəhsil müəssisəsində 8 həftəlik pedaqoji təcrübədə olacaqlar. Pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.

 

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: