Aztəminatlı ailələrin özünüməşğulluğu üçün vacib addımlar atılır - FOTOLAR
2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları"ili elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb.
NUHÇIXAN xəbər verir ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə 13 nəfərə yanında balası olan iribuynuzlu mal-qara, 3 nəfərə mini yer şumlayan aqreqat, 1 nəfərə qənnadı məmulatlarının hazırlanması üçün avadanlıqlar, 1 nəfərə isə bərbər-manikürçü peşəsi üzrə lavazimatlar alınaraq, vətəndaşların istifadəsinə verilib.
Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub