Ədliyyə Nazirliyinin elektron saytı yenilənib 

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi  müasirləşən informasiya axarına qoşulmaq məqsədilə öz saytını yeniləyərək ictimaiyyətin istifadəsinə verib. Müasir standartlara cavab verən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənib. Saytın sturukturu təkmiləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.

Sayt 7 bölmə və 21 altbölmədən ibarətdir. Ümumi görüntünü özündə əks etdirən “Əsas səhifə”də muxtar respublikda baş verən ictimai, siyasi xəbərlər və nazirliyin fəaliyyət istiqamətinə uyğun məlumatlar istifadəçilərin diqqətinə çatdırılır. İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Axtar” guşəsi yaradılıb. Həmin vasitədən istifadə etməklə istifadəçilər lazımı məlumatı vaxt itirmədən əldə edə biləcəklər. Səhifənin sağ tərəfində aktuallıq və istifadəçi tələbatı nəzərə alınaraq mühüm əhəmiyyətli saytlara keçid linkləri yaradılıb.

Saytda fotoslaydlar vasitəsilə rəsmi xronika və xəbərlər bölməsi,  startap layihələrinin qəbulunu nəzərdə tutan bölmə,  son dövrlərdə Naxçıvan Muxtar Respublikasının inkişafını və aparılan quruculuq işlərini özündə əks etdirən, həmçinin muxtar respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə videoqaleriya təqdim olunur.

Əsas səhifədə Nazirlik, Qanunvericilik, Mətbuat xidməti, Hüquqi maarifləndirmə, Etik davranış və Müraciətlər bölmələrinə daxil olmaqla izləyicilər müvafiq məsələlər və  ədliyyə sisteminin fəaliyyətini əhatə edən normativ hüquqi aktlarla tanış ola bilərlər.

Yenilənən sayt Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri və görülən işlər barədə ictimaiyyətin daha dolğun və operativ şəkildə məlumatlandırılmasını təmin edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: