“Arıçılıq məhsulları-bal” festivalında 550 min manatdan artıq məhsul satılıb

A- A A+

Sentyabrın 28-29-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Arıçılıq məhsulları-bal” festivalı keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın bölgələrindən 323 arıçının iştirak etdiyi festivala 13 min 774 kiloqram süzmə bal, 2873 kiloqram şan bal, 442 kiloqram mum, 183 kiloqram vərəmum, 48 kiloqram çiçək tozu, 45 kiloqram güləm, 1090 qram arı südü, 189 litr bal arağı, 55 litr bal şərbəti və digər məhsullar çıxarılıb.

Festivalda  muxtar respublika arıçıları tərəfindən ümumi dəyəri 550 min manatdan artıq olan 18 min 314 kiloqram bal və digər arıçılıq məhsulları satılıb. O cümlədən "Naxçıvan Məhsulları" tərəfindən 297 arıçıdan 1480 kiloqram bal alınıb.

Sonda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçirilib, 4 arıçı birinci, 3 arıçı ikinci, 2 arıçı isə üçüncü yerlərin qalibi olub. Festivalda 81 sənətkarın, eləcə də məhkumların dulusçuluq, ağacişləmə, tikmə, toxuma, tətbiqi sənət sahələrində hazırladıqları 600-dən çox müxtəlif əl işlərinin sərgi-satışı da keçirilib.

İki gün davam edən festivalda 10 min 466 nəfər iştirak edib ki, onlardan da 200-ü turist olub .

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: