Tələbələrə aylıq təqaüdlər veriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərcell Telekom” MMC tərəfindən tələbələrə aylıq təqaüdlərin verilməsi ilə bağlı tədbir keçirilib.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbirin mahiyyəti, İnsan kapitalının idarə edilməsi, istedadların cəlb olunması və professional inkişaf şöbəsinin kiçik mütəxəssisi Gülüstan Cəfərova təqaüd proqramı haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

Şirkətin nümayəndələri qeyd ediblər ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 156-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı Bakı, Bölgə və Sabah olaraq 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə- www.azercell.jobs-a daxil olub qeydiyyatdan keçməlidir. Diqqətə çatdırılıb ki, ərizələr yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələr sertifikat ilə təmin olunurlar. Bildirilib  ki, ötən il Sabah qruplarından 9, Bakıdan 9, Naxçıvandan isə 3 tələbə müsabiqənin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: