Naxçıvanda məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı davam edir - FOTOLAR

A- A A+

Heydər Əliyev Sarayında  sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin kollektivləri də bu gün sərgiyə baxıblar.

Məlumat verilib ki, sərgi-satışa ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, eləcə də  Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.

Qeyd edək ki, 300-ə yaxın əl işi satılıb.

 

                                                                      Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: