Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslara yiyələnən kursantlara sertifikatlar təqdim edilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonunda gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə tədbir keçirilib. Keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxışlardan sonra Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq I, II və III yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr təqdim edilib. Tədbirdə nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular da mükafatlandırılıblar.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

 

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: