“Erasmus Plus” layihəsinin təbliği ilə bağlı təlimə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Universitetində muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əməkdaşları və tələbələrinin  iştirakı ilə “Erasmus Plus” layihəsinin təbliği ilə bağlı təlim keçirilib.

Universitetin rektoru İsmayıl Əliyev tədbirin əhəmiyyətindən, beynəlxalq layihələrdə iştirakın universitetlərə yaratdığı imkanlardan danışıb. Rektor eyni zamanda layihələrin hazırlanması və icrası, eləcə də qarşıya çıxan problemlərin daha tez həlli ilə bağlı tövsiyə və təcrübənin paylaşılması baxımından tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.

Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, Şərq tərəfdaşlığı ölkələri universitetlərinin tələbə və əməkdaşlarının Avropada təhsil almaq və ya təlim keçmək imkanlarını daha da genişləndirməyə xidmət edən beynəlxalq layihələrdən biri də “Erasmus Plus” layihəsidir. 150 tərəfdaş ölkəni birləşdirən bu layihəyə beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılıb. 2019-2025-ci illəri əhatə edəcək yeni  “Erasmus Plus” layihəsi qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərini özündə cəmləşdirir.

Milli Erasmus ofisinin əməkdaşı Zəfər Həsənov layihənin əsas xüsusiyyətləri və qarşıda duran təkliflər, həmçinin  Beynəlxalq Kredit Mobilliyi haqqında tədbir iştirakçılarına slayd vasitəsilə  məlumat verib.

Bakı Biznes Universitetinin əməkdaşı Gülşən Bayramova “Erasmus Plus” proqramı çərçivəsində həyata keçirilən EQAC layihəsi barədə danışıb. Gülşən Bayramova layihənin hazırlanması prosesi, görülən işlər, layihənin təsdiq olunmasından sonra universitetlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə olunmuş nəticələrdən bəhs edib.

Naxçıvan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli muxtar respublikada, xüsusən də təmsil etdiyi ali təhsil müəssisəsində “Erasmus Plus” layihəsi ilə əməkdaşlıqdan, eyni zamanda onun inkişaf istiqamətlərindən, müəllim-tələbə mübadiləsindən  danışıb.

 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: