Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə istehsalçıların müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-avqust aylarında olmaqla, ümumilikdə, 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 196 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilib.