Muxtar respublikada 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib

A- A A+

Bu il sentyabrın 1-i tarixinədək muxtar respublikada 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 3,9 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, səkkiz ayda muxtar respublikada 14518,9 ton diri çəkidə ət, 68143,1 ton süd, 69 milyon 902 min 800 ədəd yumurta, 848 ton yun istehsal edilib. Bu da ötən ilin eyni dövründəki göstəricidən müvafiq olaraq 3,9 faiz, 1,5 faiz, 1,4 faiz, 1,6 faiz çoxdur.

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatının dinamik inkişafı ilə bağlı atılan uğurlu addımlar məhsul istehsalının artmasına səbəb olub. Belə ki, 2019-cu ilin yanvar-avqust aylarında 109 min 760 ton dənli və dənli-paxlalılar, 1498,5 ton dən üçün qarğıdalı, 765 ton dən üçün günəbaxan, 54,6 ton tütün, 43 min 669 ton kartof, 58 min 507 ton tərəvəz, 30 min 525 ton bostan məhsulları, 28085,5 ton meyvə, 5134,7 ton üzüm istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il dənli və dənli-paxlalılar istehsalı 5,1 faiz, dən üçün günəbaxan 2,1 faiz, tütün 2,2 dəfə, kartof 2,5 faiz, tərəvəz 1 faiz, bostan məhsulları 0,4 faiz, meyvə 8,3 faiz, üzüm 1 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: