Tələbələr diplomatlarla görüşüblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, ölkəmizin Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov, Tehran səfirliyinin müşaviri Cavid Musayev Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində qonaqları salamlayan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitet haqqında qonaqlara ətraflı məlumat verib. Sonra Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov universitetdə mövcud olan elmi və texniki potensialı yüksək qiymətləndirib, tələbələrə diplomatiyaya dair mühazirə oxuyub.
Səadət Əliyeva