Bəxtiyar Əsgərov bir sıra rəsmi tədbirlərdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Miniatür Kitab Muzeyində keçirilən Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” ("Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır") miniatür kitabının təqdimat mərasimində iştirak edib.
Həmçinin daimi nümayəndəliyin rəhbəri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi Polkovnik Əli Seyfinin dəvəti ilə bu ölkənin "Müqəddəs müdafiə həftəsi" münasibətilə Bakı şəhərində təşkil olunmuş tədbirdə iştirak edib.
Eyni zamanda Bəxtiyar Əsgərov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və xanımının dəvəti ilə bu ölkənin milli bayramı-Alman Birliyi Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda iştirak edib. Bəxtiyar Əsgərov Səfir Volfqanq Maniqə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbriklərini çatdırıb. Səfir göstərilən diqqət üçün Ali Məclisin Sədrinə dərin minnətdarlığını ifadə edib, Naxçıvanla əlaqələrə həmişə xüsusi önəm verdiklərini deyib.