Ali təhsil ocağında Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə universitetin İncəsənət fakültəsinin sərgi salonunda 40-a yaxın dekorativ, rəngkarlıq, qrafika, tətbiqi sənət nümunələrinin əks olunduğu sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbirdə universitetin rektoru Saleh Məhərrəmov əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra universitetin bir qrup müəlliminə əlamətdar tarixi gün münasibətilə hədiyyələr təqdim edilib.
Çıxışlardan sonra tələbələr bədii qiraət edib, İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib.
Səadət Əliyeva