Sərgidə 1000-ə yaxın əl işi satılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Heydər Əliyev Sarayında  sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin kollektivləri də bu gün sərgiyə baxıb. Məlumat verilib ki, Heydər Əliyev sarayında təşkil olunan sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satışa ümumilikdə 305 müəllifin 3 min 926 əl işi çıxarılıb.

 Naxçıvanın qədim memarlıq abidələrinin  əks olunduğu əl işləri sərgi iştirakçıları tərəfindən maraqla izlənilib.

İştirakçılar özləri üçün hədiyyəlik əl işləri də alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: