CNN-in ərəb dilli versiyasında Naxçıvan abidələri haqqında məlumat verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, məşhur CNN telekanalına məxsus saytın ərəb dilli versiyasında Naxçıvan haqqında məqalə yerləşdirilib. Regional turizm bölməsində verilən “Azərbaycanın əfasanəvi torpağı və Nuh peyğəmbərin sonuncu dayanacaq yeri” adlı məqalə “ Eternal Arrival” bloqunun sahibi Alison Qreeninin hazırladığı materialın təəssüratları əsasında yazılıb. Alison Qrin hesab edir ki, Naxçıvanın analoqunu dünyanın heç yerində tapmaq mümkün deyil. “Naxçıvanın dağlarında sirli bir aura gizlənir. Turistlər məhz bu məqamı qaçırmamalıdırlar”, – deyə Qrin hamını bura gəlməyə çağırır. “Siz Naxçıvanda çox şeyləri görə və tanıya bilərsiniz. Bura möhtəşəm və qeyri adi təbiəti, nadir memarlıq abidələri ilə seçilir” Qrin hesab edir ki muxtar respublika çox böyük turizm potensialına malikdir. Məqalədə o da vurğulanır ki, burada həmçinin dini turizm də geniş inkişaf edib. Yerli sakinlər CNN-nin Ərəb-ə bu haqda danışıblar. Qeyd edilib ki Əshabi-Kəhf mağarası və islam abidələri bu günə qədər çox yaxşı qorunub. Şəhərin ən hündür yerində Nuhun türbəsi ucalır. Əfsanəyə görə bu qızılı gümbəzli məqbərə Nuh peyğəmbərin məzarının üzərində inşa olunub.
Nuh peyğəmbərin türbəsindən başqa əfsanəvi Haçadağın Naxçıvanda olduğu vurğulanır. Müəllif xalq arasında Nuhla bağlı yaşayan deyimlər və onun gəmisinin Haçadağa toxunması, sonradan burada quruya çıxaraq yaşaması və nəhayət bu məkanda dəfn olunması haqqında məlumat verir. Alison Qrin qeyd edir ki, abidənin alt hissəsi 8-ci əsrə aiddir və sonradan o 2006-cı ildə bərpa olunub. Məzarüstü türbə ənənəvi İslam memarlığı ilə inşa edilib. Məqalə müəllifi Qrin həmçinin Naxçıvan şəhərinin digər abidələri və Möminə xatın türbəsini də ziyarət etməyi məsləhət görür. Yazdıqlarını təqdim etdiyi fotolarla təsdiqləyən müəllif turistləri bu müqəddəs məkana gəlməyə dəvət edir.
“HISTORYFANGIRL” adlı instaqram istifadəçisinin Naxçıvan haqqında öz səhifəsində yazdığı mətnin fotosu da məqalədə verilib.