Bəşər sivilizasiyasının ilk mədəni inteqrasiyası öyrədənlə öyrənənin qarşılıqlı ünsiyyəti ilə başlayır. Müəllim adlanan öyrədən şəxs intellekt və davranış etalonları ilə hər insan üçün karyera və ideal seçimində vacib simalardan biridir. Təcrübədən də bilindiyi kimi, tarixin ən qüdrətli hökmdar və mütəfəkkirləri təcrübi və nəzəri imkanlarına görə özlərini borclu saydıqları əsas sima müəllim olub. Aristotel-İskəndər, İbn Sina-Bəhmənyar tondemində bunu aydın müşahidə etmək mümkündür. İndiki Universitetlərin olmadığı zamanlarda müəllimə statusu diplom yox, ictimai rəy verirdi. Buna görə də həqiqi müəllim olmaq hər zaman böyük səriştə, yüksək intellektual imkan və ictimai nüfuz tələb edir. Ulu öndər Heydər Əliyev müəllimlik fəaliyyətinə hər zaman yüksək dəyər verərək deyirdi: “Müəllimlik çox çətin peşədir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir. Bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.
Son illərdə ölkəmizdə təhsilin bütün sahələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Ötən dövr ərzində təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Qəbul edilən“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri əhatə edib. Artıq biliklər iqtisadiyyatı və innovasiyalar dövründə təhsilin inkişafı ölkənin rəqabət qabiliyyətliliyinin vacib göstəricilərindən birinə çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğı, pedaqoji kadr hazırlığındakıtəkmilləşmələr, təhsilin məzmununa dövrün tələbləri baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması bu mühüm dövlət qərarının icrası yolunda ciddi addımlardır. Bu gün Muxtar Respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. O baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri nəinki regionun, dünyanın qabaqcıl universitetləri səviyyəsində infrastruktura malikdir. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin nümunəvi kampus modeli və yüksək maddi-texniki imkanları regionun ali təhsil tarixinin ən parlaq nailiyyəti kimi qiymətləndirilir. Bu ali təhsil müəssisələrində yeni təlim texnologiyalarının və qlobal tədris proqramlarının səmərəli tətbiqi bölgəmizə gələn əcnəbi tələbələrin sayının artmasına ciddi surətdə təsir göstərib. Eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyətə başlaması regionda yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasına öz əhəmiyyətli təsirini göstərməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu təhsil ocağının formalaşdırılması, onun müstəqil ali məktəbə çevrilməsi, elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində bir sıra işlər görülmüşdür.Bu gün Naxçıvan Muxtar Respublikasındabakalavriat və magistratura səviyyələrində ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət, psixologiya ixtisaslarıüzrə kadr hazırlığı yalnız bu ali məktəbdə həyata keçirilir. Bundan başqa, muxtar respublikadakı 3 ali məktəb arasında əlavə təhsilin bütün istiqamətləri üzrə hazırlıq yalnız burada aparılır. İnstitutda ixtisasartırma və yenidənhazırlanma üzrə ayrıca bölmə vardır. Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində fəaliyyət göstərən orta ixtisas təhsili, ümumtəhsil, məktəbəqədər təlim-tərbiyə, məktəbdənkənar tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etmək üçün əlavə təhsilin göstərilən istiqamətləri üzrə sistemli iş aparmaq məhz bu ali məktəbə həvalə edilib. Çünki peşəkar müəllim olmadan pedaqoji proses uğurla tamamlana bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi:“Bu gün qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, savadlı və milli dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclər yetişdirməliyik. Muxtar respublikada mövcud təhsil infrastrukturu bu vəzifənin icrası üçün bütün əsasları yaradır. Lakin müəllim əməyi olmadan, peşəkar təhsil kollektivi formalaşdırmadan yaradılan təhsil infrastrukturu faydalı iş müstəvisinə keçirilə bilməz”. Məhz bu amillər nəzərə alınaraq tələbələrin rəqabətqabiliyyətli və geniş dünyagörüşlü mütəxəssis kimi yetişdirilməsi, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi üçün institutda kompleks tədbirlər həyata keçirilməkdədir. Özünün strateji inkişaf planında keyfiyyətli təhsil mühiti yaratmaqla rəqabətqabiliyyətli pedaqoji kadr hazırlığına nail olmağa çalışan institutda müəllim hazırlığı sahəsində bir sıra hədəflər prioritet olaraqmüəyyənləşdirilib.
Məktəb tarixi sübut edir ki, müəllimlik sənəti digər peşə sahələri kimi zamana görə yeni məzmun qazansa da, bütün dövrlərdə bu sənətin tək gücü öyrətdiyi qədər olub.Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən alman şair-dramaturqu, mütəfəkkir İ.Höte deyirdi ki, "kimlərdən biz öyrəniriksə, düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, lakin hər öyrədən bu ada layiq deyil". Yəni bir müəllim öyrədə bildiyi qədər müəllimdir. Çünki digər peşə sahiblərindən fərqli olaraq bu müqəddəs peşənin tək amalı öyrədə bilməkdir. Bəs bunun uğurlu yolları hardanbaşlamalıdır?. Əlbəttə bu sual bütün cəmiyyətləri hər zaman düşündürən və daim yenilik tələb edən problem kimi bu gün də aktuallığını saxlayır.
Müəllim hansı keyfiyyətlərə sahib olmalıdır? Müəllim müasir çağırışlara necə cavab verməlidir? Pedaqoji prosesdə müəllim nələrə diqqət etməlidir? Müəllim nüfuzu cəmiyyətdə necəqorunmalıdır və s. kimi suallar ətrafında düşünərkən həm klassik milli ənənələr həm bəşəri dəyərlər vəhdətdə ümumiləşdirilməlidir. Müəllim bu gün məhdud sərhədlər və çərçivələr üçün deyil, konkret desək,bəşər üçün lazım olan şəxsiyyəti yetişdirməyi bacarmalıdır. Çünki sabahın gənc şəxsiyyətinin əmək bazarı eyni zamanda dünyadır.
Müəllim ilk növbədə peşəsini sevməlidir. Müəllimlik peşəsinə yiyələnmək üçün şəxsiyyətin psixoloji, nəzəri imkanları və motivasiya vəziyyəti çox önəmlidir. Bu peşə sahəsi ilə maraqlanan gənclərin hələ məktəb illərində konkret ideal təsəvvürlərə malik olması, davranış və həyat amalında dəqiq hədəf seçimi özü üçün aydınlaşdırılmalıdır. Təbii ki, bu marağı yaradan yenə müəllim olmalıdır. Yəni məktəb illərində müəllimin şəxsi nümunəsi ideal səviyyədə gələcək müəllimlərin yetişməsinə öz təsirini göstərə bilməlidir. Ən nəhayət, bu gün bizim qarşımızda duran ümdə vəzifə sabahın müəllimlərinə düzgün ixtisas seçimində yardımçı olmaqdan ibarətdir. Təəssüf ki, bir sıra hallarda müəllimlik ixtisaslarının seçimində sadəcə ali təhsil almaq həvəsi düzgün karyera seçimini üstələyə bilir.Bu zaman müəllimlik peşəsini sevdirməyin yollarını tapmaq bizi ciddi düşündürür.
Müəllim peşəkar psixoloq olmalıdır. Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim şagirdlərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. İlk növbədə müəllim uşaqların yaş və fərdi xüsusiyyətlərinə dərindən bələd olmalıdır. Onların temperament tiplərini, özünəməxsus xüsusiyyətlərini, hansı uşağa necə yanaşmaq lazım olduğunu, uşaqların diqqəti, hafizəsi, onların xüsusiyyətləri, təfəkkür və təxəyyülün inkişaf səviyyələri, nitqi və s. haqqında elmi biliklərə yiyələnməlidir. Ümumiyyətlə götürüldükdə müəllimi psixoloji biliklərsiz təsəvvür etmək mümkün deyildir.
Hər şeydən əvvəl, müəllim dərin müşahidə qabiliyyətinə malik olmalı, şagirdlərinin bütün müsbət və mənfi cəhətlərini görməli, onların irəliləyişlərini və geriliyini dərhal duymalı,onları cavabsız qoymamalıdır. İkincisi, müəllim dərin analitik təfəkkürə malik olmalı, baş verən bütün situasiyaları, o cümlədən, şagirdlərin irəliləmə və geriləmə səbəblərini, onlara təsir edən amilləri təhlil edə bilməli və müvafiq nəticələr çıxarmağı bacarmalıdır. Üçüncüsü, müəllim tədris prosesini yüksək emosional fonda, şagirdləri maraqlandıra biləcək səviyyədə, onlarda gərginlik yaratmadan, lakin qəlblərini həyəcanlandıra biləcək səviyyədə təşkil etməyi və şagirdləri öyrənməyə, yeni biliklər kəsb etməyəruhlandırmalıdır. Dördüncüsü, müəllim şagirdlərin düşüncəsinə, hisslərinə, fikirlərinə, ideya və istəklərinə hörmətlə yanaşmağı, onları qiymətləndirməyi özündə tərbiyə etməli, humanizmin yüksək səviyyəsinə malik olmalıdır.
Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi də bacarmalıdır.Darvin, Eynşteyn və başqa tanınmışlar heç də orta məktəbdə parlaq şagirdlər olmayıblar. Bəzi qabiliyyətlər müəllimlərin istədiyi zaman inkişaf etməyə də bilər. Bu məsələ onların gələcəklərini şübhə altına almağa haqq vermir.
Müasir müəllim bütün yeniliklərdən xəbərdar olmalı, daim təkmilləşməyə önəm verməlidir. Daimi çalışqanlıq, davamlı dinamizm bu peşədə təkmilləşməni şərtləndirən əsas amillər sayıla bilər. Müasir dünya təhsilində birsıra metodiki qaydalar artıq kompüter vasitəsilə həyata keçirilir. Əgər bir müəllim lazimi qədər kompüter biliklərinə malik deyilsə, şagirdə necə bilik verə bilər?
Müasir mərhələnin ən mühüm təhsil trendlərindən biri ucqar kənd və ya şəhər mərkəzində yerləşməsindən asılı olmayaraq, bütün məktəblərin bərabər təminata malik olmasıdır. Minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Naxçıvan Muxtar Respublikasında bu düstur uğurla həyata keçirilib.
Son illərdə ölkəmizdə təhsil sisteminin informatlaşdırılması, elektron dərslik, vasitə və resursların geniş tətbiq sahələrinin mövcudluğu, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin olunması, son illər uğurla həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci siniflərə qəbul kimi layihələr məhz İKT-nin geniş tətbiqinə əsaslanır.
Müasir pedaqogika elminin tələblərinə görə daha səmərəli, motivləşmiş tədris vasitələrindən istifadə, kompüterləşmə, təhsilin informasiyalaşması müəllimin potensialının, peşəkar təfəkkürünün formalaşmasına əhəmiyyətli təsir göstərə bilir.
Müəllimin peşəkar inkişafı beynəlxalq təcrübədə ən uğurlu tətbiq kimi yüksək dəyərləndirilir. Bu gün dünyada ən inkişaf etmiş təhsil ölkələri sırasında öndə olan Finlandiya sistemində müəllimlər gün ərzində cəmi dörd saat məktəbdə olur və həftədə 2 dəfə peşəkar təkmilləşmə kurslarına gedirlər. Eyni zamanda müəllimlər işə qəbul olunarkən 3 mərhələdə imtahandan keçməlidirlər: 1. İxtisas bilikləri; 2. Müsabiqə mərhələsi; 3. Dərs dinləmə mərhələsi.
Müasir müəllim yeni təlim texnologiyalarına dərindən bələd olmalıdır:
- Ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir;
- Müasir dərsdə gözlənilən nəticə, əsasən alınır;
- Müasir dərs şəxsiyyətyönümlü olur;
- Müasir dərsdə inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur.
İctimai mənafe anlayışı və cavabdehlik hissinin formalaşdırılması şəxsiyyətyönümlü təhsil islahatının əsas hədəflərindən biridir. Fəlsəfədə belə bir deyim mövcuddur ki, “şəxsi inkişaf ictimai inkişafdan, şəxsi xoşbəxtlik ictimai rifahdan asılıdır”. Cəmiyyətin tərəqqisi hər bir şəxsin rifahına xidmət edir.Hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Bu mənada müasir müəllim həm də bütün varlığı ilə ictimai mənafe daşıyıcısı olmalıdır.Ümummilli Lider Heydər Əliyev müəllimin əməyini yüksək qiymətləndirərək deyirdi: "..Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Təhsil sahəsində dinləyicilərdə cavabdehlik hissinin formalaşdırılması da günümüzün vacib məsələlərindəndir. Sadə bir misalla fikrimi əsaslandırmaq istərdim. Finlandiya təhsil sistemində xidmətçi işi yoxdur. Burada bütün işlər növbə ilə şagirdlər tərəfindən həyata keçirilir. Bu sadə prosedurun yeganə məqsədi şagirdlərdə məsuliyyət və cavabdehlik hislərini formalaşdırmağa xidmət edir. Dövlətimiz tərəfindən bütün təhsil müəssisələrində yaradılmış maddi-texniki vasitələr, avadanlıqların sazlığı, təmizlik və səliqə-sahman məktəb cavabdehləri ilə yanaşı şagird və tələbə kollektivini də düşündürməlidir ki, bu da gələcəkdə daha geniş anlamda dövlətçilik, vətən, ölkə miqyasında ifadə oluna bilsin.
Müəllim üçün ən vacib keyfiyyətlərdən biri humanistlikdir. Humanistliyi olmayan müəllim tələbkarlıqda nəyəsə nail olsa da, şagirdlərinin qəlbinə yol tapa bilmir, onların sevgisini, rəğbətini qazana bilmir.V.A.Suxomlinski yazırdı: “Tərbiyəçinin ən qiymətli keyfiyyətlərindən biri insanlıqdır, uşaqlara dərin məhəbbətdir, atanın, ananın səmimi nəvazişi ilə müdrik ciddiliyini və tələbkarlığını özündə birləşdirən məhəbbətdir”.
"Yaxşı müəllim nə deməkdir" sualına V.A.Suxomlinski belə cavab verirdi: "O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.
Unutmamalıyıq ki, müəllim milli şüuru inşa edən sosial mühəndisdir. Müəllim dövlətimizin və millətimizin mənəvi təhlükəsizliyini qoruyan mənəviyyat keşikçisidir. Dövlət rəmzləri və atributlarının öyrədilməsi tədris etdiyi fənnin növündən asılı olmayaraq hər bir müəllimin borcudur. Bir halda ki, söhbət şəxsiyyət formalaşdırmaqdan gedir, bu zaman vətənpərvərlik tərbiyəsi öndə durur."Təhsil Haqqında" qanunda təsbit olunduğu kimi, "Müəllimin vəzifəsi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir".
Dərsin mövzusu yox, onun çatdırılma üsulu və mühiti önəmlidir. Bugünün müəllimi təkcə bilik ötürməklə, hazır şablonu yazıb tələbənin yaddaşında saxlaması ilə kifayətlənməməlidir. Daha çox düşünməyi öyrənməkməqsədiləbilik aşılamalıdır. Həyatda elə situasiyalar vardır ki, orada konkret bilik və hazır düstur köməyə çatmayacaq. Bu zaman situasiyanın təsiri altında dünənin şagirdi və tələbəsi həmin anda ən doğru qərarı vermək bacarığına malik olmalıdır. Beləliklə, dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil, onun hansı üsul və metodologiya ilə ötürülmə keyfiyyətidir.
Müasir müəllimin təlim fəaliyyətinə daxil olan şərtlərdən biri də yeni dərsi sinifdə mənimsətməkdir. Bu isə müəllimdə «öyrənməyi öyrətmək» qabiliyyətinin olmasının göstəricisi hesab olunur. Hazırda bir sıra qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində ev tapşırıqları yoxdur.
Müəllim mütaliə etmədiyi gün “ölür”. Nəzərə almalıyıq ki,müasir şagirdin məlumat əldə etmək imkanları az qala müəlliminkindən çoxdur. Şagirdlərindən geri qalmamaq üçün müəllim üzərində işləməyi özünün bir nömrəli işi hesab etməlidir. Bu baxımdan,kitabların oxunmasınınzəruruliyinin dövlət səviyyəsində təbliği və təşviq olunması tam zamanında və obyektiv maraqlar çərçivəsində yüksək əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamı ilə təqdim olunan kitablar və zaman-zaman bu siyahıya yeni əsərlərin əlavə edilməsi oxucu zövqünün sistemli formalaşdırılması ilə yanaşı, mütaliəyə olan marağı gündən günə artırmaqdadır.
“Pedaqoji fikir tarixindən” adlı kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən 10 min nüsxədən ibarət nəfis şəkildə tərtib olunaraq pedaqoji ictimaiyyətə təqdim edilib. Kitabda pedaqoji fikir tarixində mühüm əhəmiyyəti olan pedaqoji-didaktik mətn nümunələrinin seçilib yerləşdirilməsi oxunaqlılıq baxımından və tərbiyəvi əhəmiyyətinə görə tədqiqatçılıq səriştəsi ilə ümumiləşdirilmiş mənbə kimi diqqətimizi çəkməkdədir. “Pedaqoji fikir tarixindən” adlı kitabın “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilməsi bu siyahını zənginləşdirməklə yanaşı, müəllimlik fəaliyyətinə, pedaqoji prosesə dövlətimizin yüksək qayğısının ifadə edir. Əsərdə pedaqoji fəaliyyət zamanı cəmiyyətin bütün təbəqələrini yalnız bir amala-təhsil, tərbiyə, mütərəqqi təlim metodları istiqamətinə yönəldən fikirlər toplanıb.
Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır. Pedaqoji işdə mənəviyyatın rolu daha böyükdür, ona görə ki, burda əxlaqın özü pedaqoji funksiyaları yerinə yetirir. Müəllim əhəmiyyətli dərəcədə şagirdlərin daxili aləmini, mənəvi simasını formalaşdırır. Bu mənada müəllim təlim-tərbiyə prosesində nəinki həlledici fiqur, o cümlədən xalqın gələcəyini formalaşdırmaqda ən vacib şəxsdir. Xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması sahəsində şagirdlərin tərbiyələndirilməsi, onlara nizam-intizam, şagird davranışı, geyim mədəniyyəti, müəllim-şagird-valideyn münasibətlərində mövqeyi, böyüklərə hörmət, kiçiklərə qayğı prinsiplərinə riayət etməsi və sair kimi vərdişləri aşılamaq son dərəcə vacibdir.
Müəllim-şagird münasibətləri əməkdaşlıq müstəvisindəqurulmalıdır. Bunun üçün ilk növbədə müəllimlərdə bir sıra qabiliyyətlərin olması zəruri tələb kimi qarşıya qoyulur. Bu məsələ ilə bağlı müasir pedaqogikada da xeyli araşdırmalar aparılıb və müəyyən nəticələrə gəlinib. Xüsusən, müəllimin müasir dövr üçün xarakterik olan qabiliyyətləri tədris prosesinin məcburi tərkib hissəsidir.
Göründüyü kimi müasir müəllimin hərtərəfli inkişafı üçün hər cür maddi-texniki və qanunvericilik imkanları yaradılıb. Hər il ali məktəblərə qəbul imtahanının nəticələri və ali təhsil müəssisələrinin nüfuzunun gücləndirilməsi istiqamətində əldə edilmiş nəticələr təsdiq edir ki, Naxçıvan Muxtar Respublikasında təhsil islahatları uğurla davam etdirilir. Bütün bu nailiyyətlər müəllim məsuliyyətini daim artırmalı, göstərilən etimada uyğun daha innovativ metodlara üstünlük verməliyik.
Elbrus İsayev
Naxçıvan Müəllimlər İnstitutunun rektoru