NUHÇIXAN xəbər verir ki, bələdiyyə əməkdaşlarının maarifləndirilməsi məqsədilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Babək rayonunda tədbir keçirilib.
Qeyd edilib ki, ölkəmizdə bələdiyyə fəaliyyətini tənzimləyən bir çox qanunlara əlavələr və dəyişikliklər edilib. Mütəxəssislər bu yeniliklərlə bağlı bələdiyyə əməkdaşlarına ətraflı məlumat verilib.
Sonda seminar iştirakçılarına “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim edilib.