NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında iştirak ediblər. Bələdçi tərəfindən sərgi-satışda nümayiş olunan əl işləri barədə kollektivə ətraflı məlumat verilib.
Məlumat verilib ki, sərgi-satışa ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, eləcə də Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri Suliddin Əliyev və nazirliyin kollektivi özləri üçün hədiyyəlik əl işləri də alıblar.