Uşaqlar üçün tamaşa göstərilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrında “5 oktyabr–Dünya Uşaq Serebrial İflic Günü” münasibəti ilə “Qırmızı papaq” tamaşası nümayiş etdirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tamaşadan əvvəl bildirilib ki, bu qəbildən  olan uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, onların mənəvi-estetik zövqünün formalaşmasında bu cür tamaşalar mühüm rol oynayır.

Sonra tamaşa nümayiş olunub.

Rus yazıçısı Yevgeni Şvarsın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Əli Səfərov, musiqi tərtibatçısı isə  Əli Məmmədovdur.

Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləməkdir.

 

 Mədinə Rəhimli

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: