NUHÇIXAN-ın məlumatına görə, Culfa şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yol yenidən qurulur. Yolun uzunluğu 1 kilometrdir. Prospektdə quruculuq işləri Naxçıvan Yol-Təmir Tikinti İdarəsinin inşaatçıları tərəfindən müasir texnologiya əsasında aparılır. Dörd zolaqdan ibarət olan yola asfalt örtük salınıb, piyada yolunda işıqlandırma sistemi yenidən quraşdırılıb. Yaxın günlərdə bu avtomobil yolunun istifadəyə verilməsi rayonun sosial-iqtisadi inkişafında, əhalinin rahatlığının təmin olunmasında, eləcə də avtomobillərin istismar müddətinin artırılmasında da mühüm rol oynayacaq.
Qeyd edək ki, tikinti işlərinə bu ilin aprel ayından başlanıb.
“Arazın səsi” qəzeti