Şərur rayonunda payız şumu davam edir

A- A A+

Şərur rayonunun kəndlərində əkin üçün önəmli sayılan payız şumu sürətlə həyata keçirilir. Hər gün sahələrə ümumilikdə 10-12 şum traktoru çıxır. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş görməyə tam yararlı olduqları müəyyənləşdirildikdən sonra sahələrə çıxarılır.

Şumun lazımi dərinlikdə aparılması həm mütəxəssislərin, həm də torpaq mülkiyyətçilərinin daim nəzarətindədir. Taxıl əkmək üçün nəzərdə tutulan sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilir, sonra şum edilir.

Qarşıdan  isə payızlıq taxıl əkininin   vaxtı gəlir. İndi əsas diqqət  əkinin optimal müddətdə və aqrotexniki tələblərə uyğun başa çatdırılmasına yönəldilib.

 

                                                                                             “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: