Qeyd edək ki, ötən il Şərur rayonunun müxtəlif ünvanlarında 3 yeni məktəb tikilib, yaxud əsaslı təmir edilib. Bu ilin əvvəllərində Kərimbəyli kəndinin sakinləri də yeni təhsil müəssisəsinin sevincini yaşayıblar. İlin sonunadək isə daha 4 kənddə yeni ümumtəhsil məktəbləri istifadəyə veriləcək.
Muğanlı kəndində inşa olunan məktəb binası ikimərtəbəlidir. Burada işlər artıq yekunlaşıb, tədrisin müasir tələblərə uyğun tədrisi üçün hər cür şərait yaradılıb.
Xələc, Muğancıq-Mehrab və Yeni Havuş kəndlərindəki tam orta məktəb binalarında da tikinti bərpa işləri başa çatmaq üzrədir.
Hazırda obyektlərin həyətinin abadlaşdırılmasına, yaşıllıq zolaqlarının və gülkarlıqların salınmasına, ətrafın təmizlənməsi işlərinə başlanılıb.
Adıçəkilən ünvanlarda həm də kənd və xidmət mərkəzləri də tikilir. Çox keçmədən bu yaşayış məntəqələri də digər kəndlərimiz kimi yeni görkəminə qovuşacaqdır.
“Şərurun səsi” qəzeti