Artıq bir neçə gündür ki, Kəngərli rayonunda taxıl əkininə başlanıb. İndiyədək 3 min 800 hektar sahədə şum qaldırılıb, 335 hektara toxum səpilib.
Qeyd edək ki, rayonun bütün kəndlərində sahələrin şumlanması və əkin üçün hazırlanması işləri davam etdirilir. Mütəxəssislər şumun dərinliyinə, sahələrin malalanmasına, toxumun təmizliyinə və dərmanlanmasına nəzarət edirlər .
Ötən il sahələrdən nəzərdə tutulduğundan artıq məhsul istehsal edən Kəngərli rayonunun taxılçıları bu il də payız əkinlərini sürətlə aparırlar. Torpaq mülkiyyətçiləri əkinçiliyin bu sahəsinin inkişafına ciddi fikir verir, öhdələrində olan torpaq sahələrindən daha çox məhsul götürmək üçün aqrotexniki tədbirlərə diqqət yetirirlər.
“Yeni həyat” qəzeti