Şərur rayonunda yeni yarımstansiya tikilir

A- A A+

Hazırda rayonun 14 yaşayış məntəqəsi «Yengicə» Paylayıcı Yarımstansiyasından götürülən elektrik enerjisi ilə təmin olunur. Ancaq həmin yarımstansiya köhnə olduğundan, əhaliyə verilən elektrik enerjisində fasilələr yaranırdı.

Çomaxtur kəndi ərazisində inşa edilən yeni yarımstansiya işə düşdükdən sonra  artıq bu problemə birdəfəlik son qoyulacaq. Geniş ərazidə salınan yeni yarımstansiyanın gücü 35/10 kilovoltdur. Bununla da rayonun 14 yaşayış məntəqəsində elektrikdən istifadə edən abonentlərə fasiləsiz enerji vermək imkanı yaranacaq.

Qurulan yarımstansiyada 2 ədəd 6300 KVA gücündə transformator, 35 və 10 kilovoltluq qapalı qaz açarları quraşdırılacaq.

Qeyd edək ki, yarımstansiya üçün tikilən binada son tamamlama işləri görülür.

                                                                                                            

                                                                                                                      “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: